Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Bəlli səbəblərdən püşkatma yenidən keçirilməli olub.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən təkrar tədbirdə bu cütlüklər müəyyənləşib:
UEFA Çempionlar Liqası 1/8 final mərhələsi
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) "Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə) "Zaltsburq" (Avstriya) - "Bayern Münhen" (Almaniya) "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) "Real Madrid" (İspaniya) - PSJ (Fransa)
1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.