Emmanuel Aqbadu İstanbul yolunda

Emmanuel Aqbadu İstanbul yolunda

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, insayder Santi Aunanın yaydığı məlumata görə, "qara qartallar" İngiltərənin "Vulverhempton" klubu ilə Emmanuel Aqbadunun transferi barədə razılığa gəlib.

Müdafiəçinin keçidi üçün İstanbul təmsilçisi 11.5 milyon avro təzminat ödəyəcək.

Futbolçunun artıq "Beşiktaş"a qoşulmağa razılıq verdiyi və rəsmi imzadan əvvəl son detalların dəqiqləşdirildiyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər