Ruslan Əmircanov “İnter”də ilk qolunu vurub. Fanat.az xəbər verir ki, ötən mövsümün əvvəlindən bank klubunda çıxış edən 28 yaşlı müdafiəçi AZAL-la oyunun 30-cu dəqiqəsində rəqib qapısına yol tapıb.
Bu Ruslanın “İnter”də ilk qolu olsa da, karyerası ərzində 3-cüdü. Müdafiəçi “Neftçi”də çıxış etdiyi dövrədə də 2 qol vurmuşdu.
Ruslan ilk qolunu “Bakı”nın qapısına vurub. 2012-ci ilin 7 martında baş tutan oyunda 3-cü qolu vuran müdafiəçi komandasına qələbə qazandırmışdı. Əmircanov ikinci qolunu indi çıxış etdiyi “İnter”in qapısından keçirib. həmin matç 2012-ci ilin 18 martında baş tutub. Əmircanovun bu qolu “Neftçi”yə “İnter” üzərində 2:1 hesablı qələbə qazandırıb.
Maraqlıdı ki, Ruslan karyerasının hər 3 qolunu paytaxt klublarının qapısına vurub – “Bakı”, “İnter”, AZAL.