"Dəfələrlə Azərbaycan yığmasında çıxış etmək təklifi almışam". Fanat.az xəbər verir ki, bu sözləri Rusiyanın "Mordoviya" klubunun yeni transferi Emin Mahmudov deyib.
Əslən Azərbaycandan olan yarımmüdafiəçi təkliflərə baxmayaraq bunu qəbul etmədiyini deyib: "Azərbaycan millisində oynamaq fikrində deyiləm. Çünki belə olan halda Rusiyada legioner hesab olunacam. Ümid edirəm ki, Rusiya millisindən təklif alacağam".
Qeyd edək ki, Emin Mahmudov 1992-ci il aprelin 27-də Saatlıda anadan olub. Yarımmüdafiəçi "Mordoviya"ya qədər Rusiyanın "Saturn" (2010), "Spartak" (2011-2013), "Tom" (2012) və "Krılya Sovetov" (2013-2014) klublarında çıxış edib. //"Report"
Fanat.az