Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşdü

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşdü

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

Fanat.Az xəbər verir ki, Məmmədov görüş zamanı FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.

Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Takis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak edib. Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər