Elxan Məmmədov Mingəçevirdə

Elxan Məmmədov Mingəçevirdə

Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Mingəçevir şəhərində olub.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, E.Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyiblər. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər