Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü

Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının (CFA) rəsmiləri ilə görüşüb. 
Fanat.Az-ın məlumatına görə, görüşə CFA prezidenti Giorqos Kumas da qatılıb. Kumas Məmmədova UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan matçının vimpel və xatirə hədiyyəsini təqdim edib. 
Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər