Elvin Yunuszadə Portuqaliyaya qarşı oynamayacaq

Elvin Yunuszadə Portuqaliyaya qarşı oynamayacaq
21 yaşadək futbolçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Bernhard Lippert Elvin Yunuszadənin xidmətindən məhrum olub.
Belə ki, dünən Norveçlə oyunda sarı vərəqə alan "Neftçi"nin futbolçusu cəzalı duruma düşmüşdü. O, Makedoniya ilə iyunun 8-də baş tutan oyunda da sarı vərəqə almışdı. UEFA-nın qaydalarına əsasən 2 sarı vərəqə ilə cəzalanan futbolçu bir oyunu buraxır. Bu səbəbdən Elvin oktyabrın 15-də Portuqaliya ilə baş tutacaq ev oyununu kənardan izləyəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər