"Çelsi"nin yeni baş məşqçisi açıqlandı

"Çelsi"nin yeni baş məşqçisi açıqlandı
"Çelsi" baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi Antoine Konteni istefaya göndərir.
Buna səbəb komandanın Premyer Liqada uğursuz çıxışı olub. "Çelsi" 26 turda 50 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider "Mançester Siti"dən 22 xal geri qalır.
"The Times"in məlumatına görə, "Çelsi" Antonio Konteni istefaya göndərəcək və bu mövsümün əvvəlində "Uatford"a başçılıq etmiş Marko Silvanı təyin edəcək. 40 yaşlı portuqaliyalı mütəxəssis əvvəllər Portuqaliyanın "Estoril", "Sportinq", Yunanıstanın "Olimpiakos" və İngiltərənin "Hall Siti" klublarına başçılıq edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər