"Çelsi”nin yarımmüdafiəçisi Villian yayda komandasını tərk edə bilər.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, braziliyalı oyunçu baş məşqçi Antonio Konte ilə iş birliyindən narazıdı.
İtaliyalı çalışdırıcı London klubunda fəaliyyətini sürdürəcəyi halda Villian "Çelsi”dən gedəcək.
Onun xidmətində "Mançester Yunayted” maraqlıdı. Bu başqa məsələ ki, "qırmızı şeytanlar” hələ "zadəganlar”a rəsmi təklif göndərməyib.
29 yaşlı Villianın "Çelsi” ilə olan müqaviləsinin müddəti 2020-ci ildə başa çatacaq.
Fanat.Az