"Çelsi"nin ulduzu ürəyinə görə meydana çıxmayıb

"Çelsi"nin ulduzu ürəyinə görə meydana çıxmayıb

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantenin İngiltərə Premyer Liqasının XXIX turunda "Mançester Siti" ilə səfər oyununda gözə dəyməməsinin səbəbi məlum olub.

 

Fanat.Az "FourFourTwo"ya istinadən xəbər verir ki, Kante oyunöncəsi son məşq zamanı özündən gedib. Fransalının ürəyində problem ola biləcəyindən ehtiyatlanan "Çelsi"nin məşqçilər korpusu onu meydana buraxmağın riskli olduğunu düşünüb. Xəstəxanaya aparılan futbolçunun ürəyi yoxlanılıb və müayinə zamanı problem aşkarlanmayıb.

 

 

Nqolo bu gündən kollektiv çalışmalara qoşulub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər