İngiltərə millisinin və "Çelsi" klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda "Brayton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.
İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.
Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.