"Çelsi"nin hücumçusu özünü "Barsa"ya təklif etdi

"Çelsi"nin hücumçusu özünü "Barsa"ya təklif etdi

"Çelsi"nin hücumçusu Alvaro Morata ölkəsi İspaniyaya dönə bilər.

 

Fanat.Az RAC1-ə istinadən xəbər verir ki, "Real"ın yetirməsi "Barselona” rəhbərliyinə zəng vuraraq öz xidmətini təklif edib.

 

Luis Suaresin yüngül zədəsini nəzərə alan Kataloniya klubunun idarəçiləri müraciətə isti yanaşıb. Artıq tərəflər görüşüb. "Real"da layiq olduğu hörməti görmədiyini düşünən Morata qisas almaq üçün "Barsa"nın formasını geyinməkdə maraqlıdı.

Moratanın "zadəganlar"la olan müqaviləsinin müddəti 2022-ci ilin yayında qüvvədən düşəcək. Lakin "Çelsi” əsas heyətdə möhkəmlənməyi bacarmayan 26 yaşlı oyunçunu satmağa hazırdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər