"Çelsi"nin hücumçusu La Liqa təmsilçisində

"Çelsi"nin hücumçusu La Liqa təmsilçisində

"Çelsi"nin hücumçusu Datro Fofana karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, cari mövsümün ilk yarısında icarə əsasında Almaniyanın "Union" klubunun formasını geyinən 21 yaşlı futbolçu "Sevilya"ya keçəcək.  Mənbə tərəflərin artıq razılığa gəldiyini Fofananın "Union"la icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyini vurğulayıb.

Qeyd edək ki, bu mövsüm "Union" forması ilə bütün turnirlərdə 17 oyuna çıxan Fofana 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər