"Çelsi"nin futbolçusu "Milan"a keçə bilər

"Çelsi"nin futbolçusu "Milan"a keçə bilər

"Çelsi"nin futbolçusu Hakim Ziyeş qış "transfer pəncərəsi" dönəmində "Milan"a keçə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

Xəbərə görə, London təmsilçisi 29 yaşlı yarımmüdafiəçini satın alma seçimi ilə başqa kluba icarəyə verməyə hazırdır.

"Çelsi" və "Milan" arasında olan yaxşı münasibət keçidin reallaşmasına kömək edə bilər. Daha əvvəl transfer bazarında komandalar Olivye Jiru, Fikayo Tamori və Timo Bakayokonun keçidi həyata keçirmişdilər.

Xatırladaq ki, 28 yaşlı Ziyeş 2020-ci ilin yayında 40 milyon avroya "Ayaks"dan "Çelsi"yə keçib. Mərakeşli futbolçu bu mövsüm bütün yarışlarda 18 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər