"Çelsi"nin futbolçusu digər İngiltərə klubunda - RƏSMİ

"Çelsi"nin futbolçusu digər İngiltərə klubunda - RƏSMİ

"Çelsi"nin hücumçusu Datro Fofana kareyrasını digər İngiltərə klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı London təmsilçisinin mətbuat xidməti yayıb.

Fil Dişi Sahilindən olan futbolçunun sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə cari mövsümün sonunadək "Börnli"yə icarəyə verildiyi bildirilib.

Fofana mövsümün ilk yarısını icarə əsasında Almaniyanın "Union" klubunda keçirib.

Xatırladaq ki, sözügedən futbolçu "Çelsi"yə ötən ilin yanvarında 12 milyon avro qarşılığında "Molde"dən tranfer olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər