"Çelsi"nin futbolçusu 2 illik həbs oluna bilər - SƏBƏB

"Çelsi"nin futbolçusu 2 illik həbs oluna bilər - SƏBƏB

"Çelsi"nin qadın futbolçusu Sem Kerr irqçilik qalmaqalına qarışıb.

Fanat.Az "Daily Mail"-ə istinadən bildirir ki, xanım futbolçu yanvarda getdiyi məclisdə xeyli əylənib, evə qayıdarkən yol boyu taksi sürücüsü ilə mübahisə edib. 

Xəbərə görə, mübahisə gediş haqqı üstündə yaranıb. Taksi sürücüsü polisə zəng vurub. Ancaq Kerr asayiş keşikçisi ilə də mübahisə edib. Futbolçu onu “axmaq ağ polis” adlandırıb (maraqlıdır ki, avstraliyalı Kerr özü də ağdərilidir). Hüquq-mühafizə orqanı əməkdaşı Semi bu sözlərə görə irqçilikdə ittiham edərək ona qarşı iddia qaldırıb.

Məhkəmə gələn il keçiriləcək. Avstraliyalının günahkar olduğuna qərar verilərsə, "Çelsi"nin futbolçusunu 2 il həbs cəzası gözləyir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər