"Çelsi"nin bir neçə futbolçusu London klubunun rəhbərliyini komandanın baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı HITC yayıb.
Mənbənin məlumatına görə, paytaxt təmsilçisinin futbolçuları 2023-cü ilin yayından komandaya rəhbərlik edən 52 yaşlı mütəxəssisin mövsümün sonunda klubdan ayrılmasını istəyir.
Xatırladaq ki, “Çelsi” martın 30-da 30-cu tur çərçivəsində çempionatın autsayderlərindən olan “Börnli” ilə görüşdə növbəti xal itkisi ilə üzləşib. Komanda Premyer Liqanın turnir cədvəlində 11-ci yeri tutur.
Mirağa