İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan matçda "Nyukasl"ı üstələyən (1:1, penaltilərlə 4:2) "Çelsi"nin həmin görüşdə meydana qaçan azarkeşi cəzalandırılıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "sağsağanlar"ın qapıçısı Martin Dubravka ilə toqquşan 25 yaşlı Cordan Çidlinin 3 il müddətinə stadionlara gəlməsi yasaqlanıb.
İnsident "zadəganlar"ın ev oyunlarını keçirdikləri "Stemford Bric"də, ötən ilin dekabrında yaşanmışdı. Mixail Mudrik hesabı bərabərləşdirəndən sonra Çidli meydana daxil olmuşdu.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunun finalında yüksələn "göylər" fevralın sonlarında "Uembli"də "Liverpul" ilə üz-üzə gələcək.