"Çelsi"nin çalışdırıcısı "ağ bayraq qaldırdı"

"Çelsi"nin çalışdırıcısı "ağ bayraq qaldırdı"

"Çelsi”nin çalışdırıcısı Mauritsio Sarri İngiltərə Premyer Liqasının ən güclü komandasının adını açıqlayıb.

 

Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, "zadəganlar”ın baş məşqçisi indidən çempionluq uğrunda mübarizədəki əsas rəqiblərindən biri qarşısında belə desək, ağ bayraq qaldırıb:

 

"Mançester Siti”yə çata biləcəyimizi düşünmürəm. Onlar bizdən güclüdü. Amma mövcud fərqi aradan qaldırmaq üçün öz üzərimizdə işləməliyik. MS Premyer Liqada mübarizə aparan bütün iştirakçılardan üstün kollektivdi. "Liverpul” da çox yaxşı komandadı. Məncə, "qırmızılar” finişə ilk "dördlük”də çatacaq. "Çelsi”, "Arsenal”, "Tottenhem” və "Mançester Yunayted” isə Çempionlar Liqasına vəsiqə verən yerdə qərarlaşmaq üçün döyüşəcək”.

 

Qeyd edək ki, Sarrinin "Çelsi”si 12 turdan sonra turnir cədvəlində 3-cüdü. "Göylər” lider MS-dən 4 xal geri qalır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər