"Çelsi"nin hücumçusu Armando Broya karyerasını digər İngiltərə klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Devid Ornşteyn yayıb.
Xəbərə görə, Armandonun xidmətində "Fulhem" maraqlıdır. Mənbə "zadəganlar"ın 22 yaşlı futbolçunu icarəyə verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Broya 2009-cu ildən "Çelsi"nin strukturundadır. Cari mövsüm London təmsilçisinin forması ilə bütün turnirlərdə 18 matça çıxan alban oyunçu 2 qol vurub. Onun "göylər"lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.