"Çelsi"də "yarpaq tökümü" - 10-dan çox futbolçu satılacaq

"Çelsi"də "yarpaq tökümü" - 10-dan çox futbolçu satılacaq

"Çelsi" klubu yayda ondan çox oyunçu satmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu barədə "Football London" məlumat yayıb.

Xəbərə görə, “zadəganlar” Premyer Liqa tərəfindən sanksiyaya məruz qalmamaq üçün maliyyə vəziyyətini nizama salmaq niyyətindədir.

Londonlular bununla əmək haqqı büdcəsindəki təzyiqi azaltmaq istəyirlər. 

Klubu tərk edəcək futbolçular arasında komandanın ən çox maaş alan üzvü olan vinger Rahim Sterlinq də var. İngilis futbolçu ildə 19 milyon avro alır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər