"Çelsi" və "Milan"ın ulduzları dəyişdirilir

"Çelsi" və "Milan"ın ulduzları dəyişdirilir
"Milan” və "Çelsi” ulduz futbolçularını dəyişməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, argentinalı hücumçu Qonzalo Hiquaynın İtaliyadan İngiltərəyə üz tutacağı deyilir. İspan forvard Alvaro Moratanın isə əks istiqamətdə hərəkət edəcəyi iddia olunur. Hazırda klubların son detalları müzakirə etdiyi bildirilir. 
"Milan” Hiquaynı yayda 18 milyon avroya "Yuventus”dan icarəyə götürüb. Lakin "qırmızı-qaralar” müqavilədə yer alan 36 milyon avroya birdəfəlik transfer etmək hüququndan yararlanmaq istəmir. "Çelsi” də 31 yaşlı hücumçunu yayda birdəfəlik transfer etmək şərti ilə 6 aylıq icarəyə götürmək istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər