"Çelsi" UEFA-ya rasizmlə bağlı şikayət ünvanlayıb

"Çelsi" UEFA-ya rasizmlə bağlı şikayət ünvanlayıb

"Çelsi” UEFA-ya irqçiliklə bağlı şikayət ünvanlayıb.

 

 

Fanat.Az xəbər verir ki, londonlular Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında – Kiyev "Dinamo”su ilə səfər görüşündə (5:0) rasizm faktı ilə qarşılaşdıqlarını bildirib.

Belə ki, ukraynalı fanatlar Kallum Hadson-Odoini hədəfə alıb. Matçın ikinci yarısında azarkeş mədəniyyətsizliyi ilə qarşılaşan forvard dərhal "zadəganlar”ın kapitanı Sesar Aspilikuetaya məlumat verib. Kapitan isə öz növbəsində baş hakimi durumla bağlı məlumatlandırıb və həmin sektoru göstərib.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər