"Çelsi" transfer bombasını partlatdı - 57 milyon avro

"Çelsi" transfer bombasını partlatdı - 57 milyon avro
Baş məşqçi postuna Mauritsio Sarrini gətirən "Çelsi" ilk transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Lonon klubu Sarrinin rəhbərliyi altında "Napoli"də oynayan Jorginyonu heyətinə qatıb.
Klubun rəsmi saytının yaydığı açıqlamada 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilib. "Çelsi" bu futbolçunun keçidinə görə "Napoli"yə 57 milyon avro ödəyəcək. Jorginyo yeni klubunda 5 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Napoli" Jorginyonu 2014-ü ildə "Verona"dan 9,5 milyon avroya alıb. 26 yaşlı müdafiəçi İtaliya klubunda keçiriyi 161 oyunda 6 qol vurub.
 
"Çelsi" transfer bombasını partlatdı - 57 milyon avro "Çelsi" transfer bombasını partlatdı - 57 milyon avro
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər