"Çelsi" Sarrini buraxdı

"Çelsi" Sarrini buraxdı
"Çelsi" baş məşqçi Mauritsio Sarrini sərbəst buraxmağa razılıq verib.
Fanat.az xəbər verir ki, italyan mütəxəssis növbəti həftədən etibarən "Yuventus"un başına keçəcək. Mənbənin məlumatına görə, "Çelsi" ilk əvvəl Sarri ilə yollarını ayırmaq niyyətində olmasa da, məşqçinin İtaliyaya qayıtmaq istəməsi qərarda həlledici rol oynayıb.
Daha öncə "zadəganlar"ın Sarriyə görə "Yuventus"dan 5 milyon avro təzminat tələb etdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər