"Çelsi" rəhbərliyi Poçettinonu bu iki mütəxəssisdən biri ilə əvəzləyəcək

"Çelsi" rəhbərliyi Poçettinonu bu iki mütəxəssisdən biri ilə əvəzləyəcək

"Çelsi" rəhbərliyinin indiki baş məşqçi Maurisio Poçettinonu hansı mütəxəssislərlə əvəzləmək istədiyi bəlli olub.

Fanat.Az xəbər verir ki, "The Guardian" iki əsas namizədin adını açıqlayıb.

Bunlar "Sportinq"in çalışdırıcısı Ruben Amorim və hazırda "Brayton"a rəhbərlik edən Roberto De Dzerbidir.

Xəbərə görə, "zadəganlar"ın idarəçiləri yekun qərarı cari mövsümün sonunda verəcəklər. 

Xatırladaq ki, Poçettino ötən yay "Çelsi"yə baş məşqçi təyin edilib. 26 tura 36 xal toplayan "göylər" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə mövqe tutublar. Argentinalı mütəxəssisin komandası bir neçə gün öncə İngiltərə Liqa Kubokunun finalında "Liverpul"a 0:1 hesabı ilə uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər