İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 5 görüş baş tutub.
“Çelsi” “Şeffild Yunayted”i, “Nyukasl” “Fulhem”i məğlub yola salıb. Səfərdə “Börnli” ilə qarşılaşan “Everton” da turu qələbə ilə başa vurub. “Mançester Siti” isə “Kristal Pelas”la ev oyununda qələbəni əldən verib.
“Bornmut” - “Luton Taun” matçı da hesab 1:1 olarkən yarıda qalıb. Buna qonaq komandanın kapitanı Tom Lokyerin 59-cu dəqiqədə huşunu itirərək yerə yıxılması səbəb olub. Həkimlərin yardımından sonra özünə gələn futbolçu dərhal xəstəxanaya çatdırılıb. Hakimlər bu matçı davam etdirməməyə qərar veriblər.
İngiltərə Premyer Liqası 17-ci tur 15 dekabr
Nottingem Forest – Tottenhem 0:2 Qollar: Riçarlison, 45+2. Kuluşevski, 65.
16 dekabr
Bornmut – Luton Taun 1:1 (yarıda qalıb) Qollar: Solanke, 58 – Adebayo, 3.
Çelsi – Şeffild Yunayted 2:0 Qollar: Palmer, 54. Cekson, 61.
Mançester Siti – Kristal Pelas 2:2 Qollar: Qriliş, 24. Lyuis, 54 – Mateta, 76. Olise, 90+5-pen.
Nyukasl – Fulhem 3:0 Qollar: Miley, 57. Almiron, 64. Burn, 82.
Börnli – Everton 0:2 Qollar: Onana, 19. M.Kin, 25.
17 dekabr
18:00. Arsenal - Brayton 18:00. Brentford – Aston Villa 18:00. Vest Hem – Vulverhempton 20:30. Liverpul – Mançester Yunayted