"Çelsi" Osimhen üçün rekord məbləğ ayırdı

"Çelsi" Osimhen üçün rekord məbləğ ayırdı

“Çelsi” klubu Viktor Osimhenin “Napoli” ilə münaqişəsindən yararlanaraq yanvarda onu transfer etmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, London klubu 24 yaşlı nigeriyalı forvard üçün 170 milyon avro ödəməyə hazırdır. 

İnformasiyanı "Todofichajes" yayıb. Xəbər doğrulsa, bu Premyer Liqa tarixində rekord transfer məbləği olacaq.

Xatırladaq ki, Osimhen cari mövsümdə bütün turnirlərdə "Napoli"nin heyətində 7 matça çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər