"Çelsi" "Milan"ın futbolçusu Rafael Leau ilə yaxından maraqlanır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, londonlular portuqaliyalı forvard üçün 120 milyon avro ödəməyə hazırdır.
23 yaşlı hücumçu "rossonerilər"lə müqaviləni yeniləməkdən imtina edib. Milanlılar 23 yaşlı portuqaliyalıya 2026-cı ilə qədər nəzərdə tutulan və ciddi maaş artımı ilə müqavilə təklif etsələr də, futbolçu razılaşmayıb.
Leau ötən mövsüm "Milan"ın heyətində 42 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa