"Çelsi" Milan "İnter"inin iki ulduzunu istəyir

"Çelsi" Milan "İnter"inin iki ulduzunu istəyir

İngiltərənin "Çelsi" klubu Milan "İnter"inin iki futbolçusunu transfer etmək istəyir.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bunlar niderlandlı Denzel Dümfris və slovakiyalı Milan Şkrinyardır.

Mənbə Şkrinyarla bağlı vəziyyəti tam şəkildə açıqlamasa da, Milan təmsilçisinin Dümfrisə görə qarşı tərəfdən 40 milyon avro istədiyini vurğulayıb. Tərəflərin danışıqları davam etdirdiyi və Denzelin İngiltərə klubuna keçmək ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, son mövsümdə "İnter" forması ilə bütün turnirlərdə 45 matça çıxan Dümfris 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 47 qarşılaşmada forma şansı qazanan Şkrinyar isə 4 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər