"Çelsi" Milan "İnter"inə rəsmi təklif göndərdi

"Çelsi" Milan "İnter"inə rəsmi təklif göndərdi

Qış transferlərinə 330 milyon avro xərcləyən "Çelsi" Milan "İnter"inin yarımmüdafiəçisi Nikolo Barellanın klubuna rəsmi təklif göndərib. 

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, "İnter" Barellanın satılmadığını bildirərək "zadəganlar"ın təklifini rədd edib.

Qeyd edək ki, sözügedən oyunçu Milan təmsilçisinə 2020-ci ildə "Kalyari"dən transfer olunub. Bu mövsüm "qara-göylər"in forması ilə bütün turnirlərdə 25 oyuna çıxan Nikolo 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər