"Çelsi" ingilis forvard üçün 70 milyon təklif etdi

"Çelsi" ingilis forvard üçün 70 milyon təklif etdi

"Brentford" klubunun hücumçusu Ayven Toni "Çelsi"nin yay transfer hədəfidir. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Mənbənin məlumatına görə, “zadəganlar”ın rəhbərliyi forvard üçün təxminən 70 milyon avro ödəməyə hazırdır. Toni özü daha adlı-sanlı kluba keçmək istəyir və buna görə də yeni müqavilədən imtina edir. Onun "Brentford"la müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Hücumçu uğrunda mübarizədə "Çelsi"nin rəqibi Londonun digər nəhəngi "Arsenal"ıdır. 

Ayven İngiltərə Premyer Liqasının bu mövsümündə 8 oyun keçirib. Hücumçu bu görüşlərdə 4 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər