"Çelsi" Hollandiya klubunun forvardını alır

"Çelsi" Hollandiya klubunun forvardını alır

PSV-nin hücumçusu İrvinq Losano İngiltərə nəhənginə keçməyə yaxındı.

 

Fanat.Az-ın məlumatına görə, "Çelsi" Meksika millisinin 23 yaşlı forvardını rənglərinə bağlamağı hədəfləyib.

Avropanın bir neçə klubunun transfer etmək istədiyi futbolçunun PSV ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək. Bu isə o deməkdir ki, Hollandiya təmsilçisi onun ingilislərə satışından yaxşı pul qazana bilər.

Qeyd edək ki, Losano PSV-yə ötən il "Paçuka"dan gəlib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər