"Çelsi" cəmi 15 dəqiqə oynayan futbolçunu 20 milyona aldı

"Çelsi" cəmi 15 dəqiqə oynayan futbolçunu 20 milyona aldı
"Çelsi" transferin son günündə heyətinə yeni futbolçu qatıb. Fanat.Az xəbər verir ki, London klubu sol cinah müdafiəçisi transfer edib.
Belə ki, "Çelsi" "Roma"dan Emerson Palmyerini heyətinə qatıb. 23 yaşlı braziliyalı üçün İtaliya klubuna 20 milyon avro ödənilib.
Qeyd edək ki, "Roma" 2015-2017-ci illərdə "Santos"dan icarəyə götürdüyü Emersonun transfer hüququnu ötən ilin yanvarında 2 milyon avroya almışdı. O, cari mövsümdə heyətə düşməkdə çətinlik çəkir. Belə ki, A Seriyasında cəmi 1 oyuna çıxaraq 15 dəqiqə oynayan Emerson İtaliya kubokunda keçirdiyi yeganə matçında 90 dəqiqə meydanda olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər