"Çelsi" argentinalı ulduza 111 milyon verir

"Çelsi" argentinalı ulduza 111 milyon verir
"Çelsi" Lautaro Martinesə görə "Barselona" ilə ciddi rəqabət aparacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
"İnter"in 22 yaşlı hücumçusuna çoxdan göz dikən "Barsa" qiymətin düşəcəyini gözlədiyi dönəmdə futbolçunu "zadəganlar"a qapdıra bilər. "Çelsi" argentinalı forvardın transferi üçün Milan klubuna 111 milyon avro ödəməyə hazırdı.
Martines bu mövsüm "İnter"də 31 matça çıxıb, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər