Dortmund "Borussiya"sının üzvü Kristian Pulişiç İngiltərənin "Çelsi" klubuna transferinin şərtlərində prinsipial razılığa gəlib.
Fanat.Az xəbər verir ki, keçid iki klub arasında kompensasiya məbləğində anlaşma əldə olunduqdan sonra rəsmiləşəcək. Transfer məbləği 45 milyon avrodan çox olacağı təqdirdə, Almaniya təmsilçisi ABŞ millisinin 20 yaşlı cinah oyunçusunun satışının əleyhinə deyil. Xüsusi nəsə baş verməsə, transfer 2019-cu ilin iyununda reallaşacaq.
Qeyd edək ki, Kristian Pulişiçin "Borussiya" ilə 2020-ci ilin yayınadək müqaviləsi var. Onunla Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları maraqlanır. Gənc oyunçu bu mövsüm 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az