"Çelsi" 39 yaşlı müdafiəçi ilə bağlı qərarını verdi

"Çelsi" 39 yaşlı müdafiəçi ilə bağlı qərarını verdi

Londonun "Çelsi" klubu 39 yaşlı mərkəz müdafiəçisi Tiaqo Silva ilə yeni müqavilə bağlamaq istəyir. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mənbənin məlumatına görə, “zadəganlar” təcrübəli braziliyalını 2025-ci ilin yayına kimi komandada saxlamaq istəyir. Tərəflər arasında hazırki müqavilənin müddəti gələn il iyunun sonunda başa çatır.

Xatırladaq ki, Tyaqo 2020-ci ildə London komandasına keçib. Müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyun keçirib və bir sarı vərəqə alıb.

Premyer Liqanın 11 turunun nəticələrinə əsasən, "Çelsi" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər