Elşad Əhmədov: "Sabah"la anlaşdım"

Elşad Əhmədov: "Sabah"la anlaşdım"
Arif Əsədovla yollarını ayıran "Sabah"ı Elşad Əhmədov çalışdıracaq.
Fanat.Az-a açıqlama verən mütəxəssis xəbəri təsdiqləyib. "Sabah"la anlaşdığını deyən Elşad Əhmədov "Xəzər"dən ayrılıb. O, yeni klubu ilə müqavilə detallarının hələ müzakirə edilmədiyini, rəsmi anlaşmanın yaxın günlərdə imzalanacağını bildirib. 
Qeyd edək ki, Elşad Əhmədovun rəhbərlik etdiyi "Xəzər" I divizionun çempionu olsa da, Premyer Liqaya buraxılmayıb. Əvəzində "Sabah"a güclülər dəstəsində iştirak etmək hüququ verilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər