Elnur "Qəbələ"də oynaya bilməz

Elnur "Qəbələ"də oynaya bilməz

“Xəzər Lənkəran”dan ayrılan Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin karyerasını “Qəbələ”də davam etdirəcəyi barədə xəbər vermişdik. Artıq hər iki klub xəbərin doğruluğunu təsdiq edib. 

"Xəzər Lənkəran"dan azad agent kimi ayrilmasını səbəb göstərənlər Elnurun "Qəbələ"də bundan sonra top qovacağında  heç bir problem olmadığını deyir. Amma qaydalar tam əksinədi.

Əgər futbolçu "transfer pəncərəsi" bağlanana qədər azad agent statusu alıbsa, "pəncərə bağlanandan" sonra istənilən çempionatda istənilən kluba transfer oluna bilər. Elnur Allahverdiyevin isə durumu başqadı. O, bu mövsüm üçün "Xəzər Lənkəran" klubu tərəfindən sifariş olunub və 5 oyunda meydanda olub. Bu isə o deməkdi ki, Allahverdiyev Azərbaycan çempionatında ən azından qışa qədər "Xəzər Lənkəran"dan başqa klubda oynaya bilməz. Bu qaydalar beynəlxalq qaydalardı, PFL-in onları dəyişməsi və müdaxiləsi mümkünsüzdü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər