Elnur Cəfərov Portuqaliyada daha bir oyun keçirdi

Elnur Cəfərov Portuqaliyada daha bir oyun keçirdi

Portuqaliyanın “Tondela” klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Elnur Cəfərovun çıxış etdiyi klubu Lüksemburq “RM Hamm Benfika”sı ilə qarşılaşıb.

 

Oyun “Tondela”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qola 29-cu dəqiqədə Vaqner imza atıb. “11-lik”də yer almayan Elnur Cəfərov ikinci hissənin startında meydana daxil olub.

 

Qeyd edək ki, Elnur komandasının bundan əvvəl "Akademika"ya qarşı keçirdiyi oyunun ikinci 45 dəqiqəsində meydanda olmuşdu. Cəfərovun komandası növbəti yoxlama görüşünü iyulun 21-də “Aruka”ya qarşı keçirəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər