Elnur Allahverdiyev "Qəbələ"dən qovulur?

Elnur Allahverdiyev "Qəbələ"dən qovulur?

Daim intizamsız hərəkətləri ilə gündəmə gələn Elnur Allahverdiyev dəfələrlə yersiz qırmızı vərəqələr alaraq çıxış etdiyi komandaları çətin vəziyyətdə qoyub. Bu dəfə isə o, fərqli şəkildə gündəmə gəlib. Belə ki, millinin müdafiəçisi oynamaya-oynamaya cəzalanıb.

Belə ki, ötən il kubokun finalında baş verən olaylara görə 6 oyunlaq cəzalanan Elnur cari mövsümdə "Qəbələ"nin bu turnirdə keçirdiyi 4 matçı buraxmalı olub. Eyni səbəbdən sabiq klubu "Xəzər Lənkəran"la oyunu kənardan izləməli olan müdafiəçi dilini dinc qoymayıb və qarşılaşmanın baş hakimi Rəhim Həsənovu yağlı söyüşlərə "qonaq edib". Nəticədə, AFFA İntizam Komitəsi ilə onu oynamadığı oyuna görə 5 oyunluq cəzalandırıb və klubu 10 min manat cərimə edib. Özü də Alllahvediyevin cəzası Premyer Liqa oyunlarına şamil edilib. Bir sözlə, millinin müdafiəçisi ən yaxşı halda cari mövsümün son turunda meydana çıxa biləcək.

AFFA-nın cəzasına məruz qalan Elnur daha bir zərbəni klubundan alacaq. Belə ki, "Qəbələ" 10 min manatlıq cəriməni onun özünə ödətdirmək niyyətindədi. O, canını bununla qurtara bilməyəcək və mövsümün sonunda klub axtarışına çıxacaq. Legionerlərlə yola getməyək, bir müddət əvvəl mətbuat vasitəsi ilə həmkarlarını ağır şəkildə ittiham edən müdafiəçi klubdaxili ab-havanı da pozmaqda günahlandırılır. Beləliklə, "Qəbələ" "Xəzər Lənkəran"dan qalmaqallı şəkildə transfer olunan müdafiəçiyə yayda qapını göstərəcək.

Berti Foqtsun da Allahverdiyevi cəzasız qoymaması gözləniləndi. Son olaraq Mahir Şükürovu "Böyük oyun"da azarkeşlərə "orta barmaq" göstərdiyinə görə cəzalandıran alman çalışdırıcı böyük ehtimalla onu ABŞ-la oyunun heyətinə daxil etməyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər