Elnur Allahverdiyev "Qəbələ"də qaldı

Elnur Allahverdiyev "Qəbələ"də qaldı
Elnur Allahverdiyevin çıxış edəcəyi klub müəyyənləşib. Fanat.az xəbər verir ki, millinin üzvü "Qəbələ"də qalmağa üstünlük verib.
"Xəzər Lənkəran" sentyabrda Elnuru "Qəbələ"yə icarəyə verilmişdi. Con Toşakın gedişindən sonra komandanın başına keçən Mustafa Dənizli onu sərəncamında görmək istəyirdi və bu səbəbdən futbolçunun geri qayıdacağı gözlənilirdi. Amma Allahverdiyev özü "Qəbələ"də qalmaq istəyirdi.
Nəhayət, "Xəzər Lənkəran"la Allahverdiyev razılığa gəlib. "Qəbələ" bu gün müdafiəçi ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti bir ildi. Artıq futbolçu Türkiyəyə yola düşüb və komandada məşqlərə başlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər