Əliyar Ağayev İsveçrə - Portuqaliya matçını idarə edəcək

Əliyar Ağayev İsveçrə - Portuqaliya matçını idarə edəcək
17 yaşadək futbolçular arasında Maltada keçirilən Avropa çempionatında iştirak edən Əliyar Ağayev baş hakim kimi ilk təyinatını alıb. Fanat.az xəbər verir ki, UEFA FIFA referimizi İsveçrə - Portuqaliya matçına təyin edib.
B qrupunun qarşılaşması sabah baş tutacaq və Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. İsveçrə ilk turda Almaniya ilə sülh bağlayıb (1:1), Portuqaliya isə Şotlandiyanı udub (2:0).
Qeyd edək ki, Əliyar Ağayev ilk turda Malta - İngiltərə oyununun dördüncü hakimi olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər