Əliyar Ağayev idarə etdi, Rusiya Çexiyaya 5 qol vurdu

Əliyar Ağayev idarə etdi, Rusiya Çexiyaya 5 qol vurdu
Rusiya və Çexiya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, "Rostov Arena"da baş tutan qarşılaşmada 6 qol vurulub və ruslar 5:1 hesablı qələbə qazanıb. Rusiyanın heyətində Aleksey İonov dubl edib (biri penaltidən), Anton Zabolotnı, Aleksandr Yeroxin və Dmitri Poloz fərqlənib. Çexiyanın yeganə qoluna isə Tomaş Souçek imza atıb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edib. Referi oyun ərzində Çexiyanın iki futbolçusuna Jan Boril və Tomaş Souçekə sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər