Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər