Əliyar Ağayev Çempionlar Liqasına təyinat alacaq - ÖZƏL

Əliyar Ağayev Çempionlar Liqasına təyinat alacaq - ÖZƏL
UEFA Əliyar Ağayevə yeni təyinat verəcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, FIFA referimiz UEFA Gənclər Liqasının 1/16 final mərhələsinin oyunlarından birini idarə edəcək.
Məlumata görə, UEFA Antalyada hakimlərimizə nəzəri məşğələlər keçən Aleksey Spirinə Əliyar Ağayevi iş başında izləməyi tövsiyyə edib. FIFA referimizin hansı oyunu idarə edəcəyi hələ bəlli deyil.
Bu turnir Çemponlar Liqasın qrup mərhələsinə qatılan klubların U-19 komandaları arasında təşkil olunan yarışdı. Turnirin 1/16 final mərhələsinə "Barselona", "Atletiko", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Mançester Siti", "Arsenal", "Çelsi" (hamısı İngiltərə), "Milan", "Napoli" (ikisi də İtaliya), PSJ (Fransa), "Şalke 04" (Almaniya), "Kopenhagen" (Danimarka), ÇSKA (Rusiya), "Benifka" (Portuqaliya), "Austria" (Avstriya) və "Şaxtyor" (Ukrayna) klubları vəsiqə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər