Eli Junior Krupini "Bornmut"dan almaq 60 milyon funta başa gələcək

Eli Junior Krupini "Bornmut"dan almaq 60 milyon funta başa gələcək

"Bornmut"un heyətində sərgilədiyi oyunla diqqət mərkəzinə düşən Eli Junior Krupi yay transfer pəncərəsinin ən bahalı adlarından biri olmağa namizəddir.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi 19 yaşlı istedadlı hücumçunu satmağa müsbət yanaşır və onun transfer qiymətini 50-60 milyon funt-sterlinq aralığında müəyyənləşdirib.

"Football Insider" nəşrinin məlumatına görə, Premyer Liqadakı debüt mövsümündə 10 qol vurmağı bacaran gənc futbolçu artıq nəhənglərin radarına düşüb.

Hazırda "Arsenal" və "Liverpul" kimi klublar hücum xəttini gücləndirmək məqsədilə Krupini yaxından izləyir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər