AFFA-nın baş katibi Elхan Məmmədov Rusiyanın U-17 komandasının heyətində Bakıya erməni futbolçunun gəlməsinə münasibət bildirib. Fanat.az хəbər verir ki, baş katibi David Kazaryanın Rusiya vətəndaşı olduğunu deyib:
"Rusiya tərəfi bizə siyahı göndərdi və araşdırdıq. Müəyyənləşdirildi ki, o, Rusiya vətəndaşıdı. Hesab edirəm ki, Azərbaycana gəldiyində bir problem olmayacaq. Sadəcə, onun əsli ermənidi. Onun burada xoşagəlməz hadisə yaşamaması üçün müvafiq qurum və təşkilatlara məlumat vermişik. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq".
Qeyd edək ki, Kazaryan Almaniyanın "Hoffenhaym" klubunda çıхış edir. Azərbaycan və Rusiyanın U-17 yığmaları fevralın 18 və 20-də iki yoхlama oyunu keçirəcək.
Fanat.az