Elhad Nəzirinin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, milli komandamızın üzvü karyerasını Topaz Premyer Liqasında davam etdirəcək.
Belə ki, Elhad “Rəvan”la anlaşıb. Bakı klubu müdavfiəçi ilə 1 illik müqavilə bağlayıb. Bu barədə “Rəvan”ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Elhadın Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra ilə problemləri var idi. Baş məşqçi bir neçə oyunda ona şans versə də, son dövrlər adını 18-liyə belə daxil etmirdi. Nəziri rumın klubundan əvvəl Moldovada “Milsami”də çıxış edirdi.